Yaşı 35-dən az olan qızlarla evlənənlərə pul veriləcək – Bu ölkədəbackend

Yaşı 35-dən az olan qızlarla evlənənlərə pul veriləcək – Bu ölkədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Luiliang şəhərinin səlahiyyətliləri gəlinin 35 yaşdan kiçik olması şərtilə yeni evlənənlərə ilk nikah üçün 1,5 min yuan (təxminən 358 AZN) ödəyəcək.

Editor.az  lent.az-a istinadən bildirir ki,bu barədə Penpai nəşri məlumat yayıb.

Təşəbbüs şəhərdə nikahların sayının doğum nisbətinə nisbətən azalması ilə əlaqədardır. 2005-ci ilin statistik məlumatlarına görə, Liuliangda hər min sakinə orta hesabla 13,61 doğum düşüb. 2023-cü ildə isə bu rəqəm iki dəfə azalaraq 6,6-ya enib.

2025-ci il yanvarın 1-də nikaha imza atan cütlüklər ödənişləri alacaqlar. Bunun üçün birinci şərt, yeni evlənənlərdən birinin Liuliangda yaşayış icazəsinin olmasıdır. İkinci şərt isə gəlinin yaşının 35-dən aşağı olmasıdır. İkinci şərt ailənin uşaq sahibi olmağa fiziki cəhətdən vaxtının olması üçündür.

Ailədə dünyaya göz açan hər bir uşaq üçün də birinci üçün iki min yuan (477 AZN), ikinci üçün beş min yuan (1193 AZN), üçüncü uşaq üçün isə səkkiz min yuan (1901 AZN) nəzərdə tutulub.

Çin son onilliklərdə iqtisadiyyatın yavaşlaması, əhalinin sürətlə qocalması və onilliklər boyu bir uşaq siyasətindən sonra daha az qadının uşaq sahibi olması fonunda demoqrafik böhranla üzləşib.

Qeyd edək ki, Çin hökuməti ölkədə artan boşanmaların sayı ilə mübarizə aparmağa çalışır.