Yaşlı kişi toyda bəylə gəlinə xeyir-dua verərkən dünyasını dəyişib. Onu halı qəfildən pisləşərək bəyin üzərinə yıxılıb.
Editor.az “haber7”yə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib. Belə ki, Hüseyn Ərdoğan İstanbulda qatıldığı toyda gənc cütlüyün kəbnini kəsmək üçün səhnəyə dəvət edilib.
90 yaşlı şəxs toy edən cütlüyün qarşısında halı pisləşərək yıxılıb. O təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Edilən bütün müdaxilələrə baxmayaraq, H.Ərdoğanı xilas etmək mümkün olmayıb.
Yaşlı kişinin ölüm anı toya gələn qonaq tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
Mürtəza
Ölkə.Az

