Almatıda yataqxanada yanğın baş verib. Yanğının ümumi sahəsi təxminən 30 kvadratmetr olub. Həmin an yataqxanada 72 nəfər olub və onlardan 59 nəfəri özbaşına binanı tərk edib.
13 nəfərin yanmış cəsədləri tapılıb.
Editor.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, üç zərərçəkən təcili xəstəxanaya çatdırılıb. “Hazırda 56 nəfər yaxınlıqdakı məktəb binasında müvəqqəti məskunlaşıb. İsti yemək verilir, lazımi tibbi və psixoloji yardım göstərilir. Bir saat ərzində ərazidəki otellərdə yerləşmə təmin olunacaq”, – Almatı meriyasından deyiblər.
Faciə baş verən ərazinin bir neçə bloku polis tərəfindən mühasirəyə alınıb, yanğın yerində yeddi təcili yardım briqadası və bir neçə əməliyyat qrupu işləyir. Təxliyyə edilənlər arasında bir çox əcnəbi tələbələr və muzdlu işçilər, o cümlədən Hindistan və ya Pakistan vətəndaşları, tibb universitetinin tələbələri var, – Almalı vilayətinin meri Aidar Jakibayev deyib.
//Samir Qurbanov, Editor.az

