Yatmağa görə nəzarətçini öldürdü – Hosteldəki qətlin ŞOK DETALLARI – FOTObackend

Yatmağa görə nəzarətçini öldürdü – Hosteldəki qətlin ŞOK DETALLARI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CİNAYƏT İŞİ

Qısa arayış…

2020-ci il avqustun 13-ü gecə saatlarında Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsində bıçaqlanma hadisəsi olur. 68 yaşlı Hüseyn Məmmədov bıçaqlanaraq. Sabunçuda yerləşən 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilir. Göstərilən tibbi yardımlara baxmayaraq, zərərçəkmiş orada ölüb.

Ayın 13-də Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılan cinayəti işi, zərərçəkmişin ölümündən sonra rayon prokurorluğuna göndərilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Vüqar Cəfərov səhərisi gün polis əməkdaşları tərəfindən Sumqayıt şəhərinin 17-ci məhəlləsində tutulub.

Vüqar Cəfərov 1980-ci ildə Kürdəmir rayonunda anadan olub, əvvəllər 2 dəfə məhkum olunub.

Editor.Az bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, avqustun 12-i saat 23:30-da Vüqar Cəfərov gecələmək üçün Rəsulzadə qəsəbəsində qeyri-rəsmi fəaliyyət göstərən hostelə gəlib. Dəhlizdə nəzarətçi Hüseyn Məmmədova yaxınlaşaraq, gecələməyə yer verməsini xahiş edib. Hüseyn onunla kobud danışıb, söyüş söyərək, yer olmadığını bildirib. Vüqar çıxıb getməsini tələb edən Hüseynin hərəkətlərindən əsəbiləşib və bu zəmində aralarında yaranmış mübahisə zamanı, bıçaqla 1 dəfə onun qarın nahiyyəsinə zərbə endirib. Nəticədə səhərisi gün saat 11-də zərərçəkmiş xəstəxanada dünyasını dəyişib.

İş üzrə dindirilmiş Vüqar Cəfərov bildirib ki, 2002-ci ildən Vəfa adlı qadınla qeyri-rəsmi yaşayıb, nikahdan 3 övladları dünyaya gəlib. 2009-cu ildən ailəsindən ayrılaraq, tək yaşamağa başlayıb:

“Fərdi qaydada usta kimi işləyirdim, müxtəlif ünvanlarda gündəlik kirayələrdə qalmışam. Axırıncı dəfə Abşeron rayonu, Atyalı yaşayış massivində 70 manata kirayədə yaşadım. Qonşuluğumda yaşayan Emil Kərimovla yaranan mübahisə zamanı, bıçaqla gözünün altına xəsarət yetirdim. Qonşum məni tutduracağını bildirərək, DİN 102 xidmətinə zəng etdi və adiyyatı üzrə məlumat Qobu Polis Bölməsinə ötürülüb.

Bunu bilib, dərhal evdən çıxdım və taksi ilə “Xutor” adlanan ərazidə yerləşən hostel tipli evə gəldim. Qapını açan tanımadığım, hündürboylu bir nəfərə ev sahibini çağırmağını, pulunu verib, orda gecələmək istədiyimi dedim. Daha sonra gələn Hüseyn Məmmədov məni əli ilə itələyərək, qalmağa yeri olmadığını bildirdi. Əvvəllər də burda bir neçə dəfə qaldığımı deyəndə, həmin şəxs məni təhqir edərək, bir daha qalmağa yer olmadığını vurğuladı.

Hüseynin dəfələrlə işlətdiyi söyüşlərdən sonra, şalvarımın bel hissəsinə keçirdiyim bıçağı çıxarıb, qarınına zərbə vurdum. Xəsarət alan şəxs qışqırdı. Aşağıda olan adamların yuxarı qalxmasını görüb tələsik evi tərk etdim. Taksi ilə “Şamaxinka” adlanan əraziyə, ordan isə Atyalı qəsəbəsinə getdim. Avqustun 14-də polis əməkdaşları məni Sumqayıtda saxlayaraq, Binəqədi rayon Polis İdarəsinə gətirdilər”.

 

 

Zərərçəkmiş şəxsin hüquqi varisi Elnarə Məmmədli ifadəsində göstərib ki, atası ilə anası 1997-ci ildə ayrılıblar:

“Axırıncı dəfə, onunla avqustun 9-da mobil telefonla danışdıq. Ayın 11-də atam zəng etsə də cavab vermədim. Onun harda kirayədə yaşaması  barədə məlumatım yox idi. Avqustun 13-ü saat 12 radələrində polis əməkdaşı zəng edib, atamın bıçaqlanması barədə məlumat verdi. Qardaşım Zaurla birlikdə 3 saylı xəstəxanaya çatanda, atamın aldığı xəsarətdən öldüyünü öyrəndik. Hadisənin hansı şəraitdə baş verməsini bilmirəm”.

Şahid Tofiq Kərimov bildirib ki, Rəsulzadə qəsəbəsi, sıra 15-də yerləşən 1 nömrəli ev ona məxsusdur:

“2019-cu ildən çarpayılar yerləşdirib, onları gündəlik kirayəyə verməyə başladım. Hüseyn Məmmədovla münasibətim yaxşı olduğundan, evə gəlib gecələyən adamlara nəzarəti ona tapşırdım. Avqustun 12-də evdə olanda qışqırıq səsini eşidib pəncərədən baxanda, Hüseynin əli ilə qarnını tutduğunu gördüm. Nə baş verdiyini soruşanda, Hüseyn bir nəfərin gecələməkdən ötrü gəldiyini və yaranan mübahisə zamanı onu bıçaqladığını dedi. Kirayədə qalan vətəndaşlardan biri Təcili Tibbi Yardım xidmətinə zəng edib, bu barədə məlumat verib”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Cəfərov cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Məqaləyə dair fotomateriallar: