Bu gün səhər İtaliyanın Siciliya adasında Avropanın ən yüksək aktiv vulkanı Etna püskürməyə başlayıb.
Editor.az bildirir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb. Sosial şəbəkələrdə yayılan videolarda vulkanın böyük bir kül və tüstü buludunu havaya atdığı görünür. Turistlər həyatlarını xilas etmək üçün qaçmağa çalışırlar. Artan tüstü Siciliyanın hər yerində insanlar tərəfindən görülə bilər.
İtaliya rəsmiləri püskürmənin bir neçə saatdır davam etdiyini iddia edir. İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, hazırda partlayışlar çox intensiv və demək olar ki, davamlıdır. Qeyd edilir ki, ilkin olaraq pilotlar üçün qırmızı həyəcan səviyyəsi elan edilsə də, üç saat sonra narıncıya endirilib.
//Samir Qurbanov, Editor.az