Yavoriv poliqonunda ölənlərin sayı 35-ə çatıbbackend

Yavoriv poliqonunda ölənlərin sayı 35-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yavoriv poliqonuna raket hücumu nəticəsində ölənlərin sayı 35-ə çatıb. Daha 134 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanada müalicə alır.

Bu barədə Editor.az  Ukrainskaya Pravda ya istinadən xəbər verir. Lvov Regional Dövlət Administrasiyasının rəhbəri Maksim Kozitskinin verdiyi həmin xəbərə görə, martın 13-ü, saat 12:00-da Beynəlxalq Mərkəzin ərazisindəki bütün yanğınlar ləğv edilib, partlayıcı maddələr təmizlənib və mütəxəssislər əraziyə baxış keçirərək dağıntıların böyük hissəsini yoxlayıblar”.
Hava hücumu Qara və Azov dənizlərinin sularından həyata keçirilib. Təyyarələr Saratov hava limanından qaldırılıb və işğalçılar poliqona 30-dan çox raket atıblar. Ukraynanın hava hücumundan müdafiə sistemi raketlərin bir hissəsini havada ikən zərərsizləşdirib.
Qeyd edək ki, martın 13-də səhər saatlarında rus işğalçılarının Lvov vilayətinin Yavorivski rayonunun Stariçi kəndindəki Beynəlxalq Sülhyaratma və Təhlükəsizlik Mərkəzinə 8 raket atdığı bildirilirdi.