Yaxın 24-48 saat ərzində İran İsrailə zərbə endirə bilərbackend

Yaxın 24-48 saat ərzində İran İsrailə zərbə endirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın İsrailə nə zaman zərbə endirmək niyyətində olduğunu dəqiq bilmir.

Editor.az xəbr verir ki, bu barədə G7 müttəfiqlərinə dövlət katibi Entoni Blinken bildirib. Vaşinqton 24-48 saat ərzində hücumun olacağını gözləyir.

“Axios” yazır ki, Blinken ən yaxın müttəfiqləri ilə hərəkətləri əlaqələndirmək üçün iclas çağırıb. Onun fikrincə, nəticələri minimuma endirmək üçün ölkələr İran və “Hizbullah”a diplomatik təzyiq göstərməlidir. Dövlət katibinin fikrincə, bu, “total müharibənin qarşısını almaq üçün ən yaxşı şansdır”. Nəşrin yazdığına görə Blinken ABŞ-ın səylərinin “eskalasiyanın pis dairəsini” qırmağa yönəldiyini bildirib.

Vaşinqton İran və “Hizbullah”ın hücumlarını məhdudlaşdırmağa və İsrailin cavabını cilovlamağa çalışır.
Xatırladaq kİ, İran və Livanın “Hizbullah” hərəkatı Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və “Hizbullah”ın hərbi komandiri Fuad Şükrün Beyrutda öldürülməsinə görə qisas alacaqlarına söz verib. Tərəflər İsraili qətllərə görə məsuliyyət daşıyır.

//Samir Qurbanov, Editor.az