“Yaxın aylarda cəbhədə elə vəziyyət yarana bilər ki, ABŞ-ın bu icazəni Ukraynaya verməkdən başqa çıxış yolu qalmaz”- AÇIQLAMAbackend

“Yaxın aylarda cəbhədə elə vəziyyət yarana bilər ki, ABŞ-ın bu icazəni Ukraynaya verməkdən başqa çıxış yolu qalmaz”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna tərəfi, xüsusən Zelenski az qala ABŞ və Böyük Britaniyadan Rusiyanın dərinliklərinə zərbə endirmək üçün razılıq alacaqlarını sığortalamış kimi görünürdü. Amma ABŞ Prezidenti Baydenin bu icazəni verməkdə tərəddüd etmələri barədə açıqlaması Zelenski üçün gözlənilməz oldu. Çünki onlar Rusiyanın ərazisinin dərinliklərinə zərbə endirmələrinin Rusiyanın hücumlarının qarşısını alacağını düşünürdülər. Amma Amerikanın Ukrayna tərəfinin bu istəklərinə müsbət cavab verməməsi ciddi narahatlığa səbəb olub. Çünki bu zamana qədər ABŞ və onun müttəfiqləri Ukraynanın silah-sursat təchizatı baxımdan bütün istəklərini “F16″ qırıcı təyyarələrinə qədər yerinə yetirmişdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Amerikanın bu məsələdə tutduğu mövqeyi bir neçə aspektdən qiymətləndirmək olar:

” ABŞ Ukraynanın bu icazədən də uğur qazanacağına inanmır. Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirməyə icazə verilməsi təkcə Ukraynanın deyil, bütün NATO blokunun əleyhinə işləyə bilər. Əgər bu addım da digər tədbirlər kimi nəticə verməsə necə olacaq? ABŞ düşündürən əsas bu məsələdir.

Ukrayna ABŞ və müttəfiqlərini Rusiyanın dərinliklərinə zərbə endirməyin zəruriliyinə və effektli olacağına inandıra bilməyib. Yəni o öz istəyini lazım olan səviyyədə əsaslandırmaqda çətinlik çəkir.

ABŞ NATO üzrə müttəfiqlərindən, xüsusilə Almaniyadan bu məsələdə razılıq ala bilməyib. Məhz elə buna görə də müttəfiqlərlə məsləhətləşmələrə ehtiyac var. Baydenin Almaniya səfərinin elə məhz bunun üçün nəzərdə tutulduğunu düşünürəm.

ABŞ Rusiyanın bu icazənin qarşısında hansı tədbirlər görə biləcəyini hələ tam aydınlaşdıra bilməyib və cavab tədbirlərindən ehtiyat edir. Amma ABŞ-ın sona qədər öz sözünün üzərində dura biləcəyini də heç kim zəmanətləyə bilməz. Yaxın aylarda cəbhədə elə vəziyyət yarana bilər ki, ABŞ-ın bu icazəni Ukraynaya verməkdən başqa çıxış yolu qalmaz. Ona görə Baydenin bu məsələ barədə qərar qəbul etmədiklərini deməsi, ümumiyyətlə icazə verilməyəcəyi anlamına gəlməməlidir”.

//Gülnarə Abasova, Editor.az