Yaxın aylarda koronavirusun 22 yeni ştammı yarana bilər – Proqnozbackend

Yaxın aylarda koronavirusun 22 yeni ştammı yarana bilər – Proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın bir qrp virusologiya mütəxəssisi yaxın aylar ərzində koronavirusun 22 yeni ştammının yaranacağını proqnozlaşdırıb.

Editor.az Trend-ə istinadən bildirir ki, ABŞ-ın “Vir Biotechnology” şirkətinin və Genomika İnstitutunun alimləri SARS-CoV-2 koronavirusunun spayk zülalında dəyişiklikləri əvvəldən proqnozlaşdıran riyazi model hazırlayıb.

Aparılan hesablamalara əsasən, növbəti 4 ay ərzində koronavirusun 22 yeni ştammı yarana bilər, onlardan bəziləri anticisimlərin qorunma bacarığını azaldacaq.

Qeyd edək ki, Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) SARS-CoV-2 koronavirusunun 4 ştammını (alfa, beta, qamma və delta variantları) “xüsusi narahatlıq doğuran” variantlar sırasına daxil edib.