Yaxın aylarda sülh müqaviləsi imzalanacaqmı?- “Moskva, Soçi, Brüssel razılaşmalarından sonrakı proseslər bir daha göstərdi ki…”backend

Yaxın aylarda sülh müqaviləsi imzalanacaqmı?– “Moskva, Soçi, Brüssel razılaşmalarından sonrakı proseslər bir daha göstərdi ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bölgədə gedən prosesləri və xarici qüvvələrin təsirini nəzərə alsaq Ermənistanla yaxın aylarda sülh müqaviləsinin imzalanması real görünmür”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfinin sülh müqaviləsinin yeni layihəsini Ermənistana təqdimatından xeyli vaxt keçməsinə baxmayaraq hələ də qarşı tərəfdən cavab gəlməyib:

” Əksinə, xarici işlər naziri Mirzoyanın bəyanatından bəlli olur ki, erməni variantında Qarabağ ermənilərinin gələcəyi ilə bağlı müddəalar nəzərdə tutulur. Bu da, bilavasitə Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir və qətiyyən bizi qane edə bilməz. Sülh müqaviləsi imzalanmamışdan əvvəl silahlıların çıxarılması barədə səslənən fikirlərlə razıyam. Ermənistan imzaladığı sənədlərin icrasından müxtəlif bəhanələrlə dəfələrlə yayınan, qeyri-ciddi dövlət imicinə malikdir. Moskva, Soçi, Brüssel razılaşmalarından sonrakı proseslər bir daha göstərdi ki, Ermənistan müstəqil siyasət aparmır və bir çox xarici təsirlərdən asılıdır. Bu baxımdan gələcəkdə də müqavilənin şərtlərini pozmamasına heç kim zəmanət verə bilməz. Bütün bunların baş verməməsinin yeganə yolu beynəlxalq birliyin, ələlxüsus bölgədə real təsir imkanları olan böyük dövlətlərin razılığı olmalıdır. Sülh müqaviləsinin ən ideal variantı, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 şərtdən ibarət və Avropa İttifaqı tərəfindən dəstəklənən layihə idi. Təəssüf ki, o zaman Fransa prezidenti Makronun kobud müdaxiləsi nəticəsində proses pozuldu”.

//Gülnarə Abasova, Editor.az