Yaxın gələcəkdə Türkiyə, Rusiya, Suriya və İran liderləri görüşə bilərlərbackend

Yaxın gələcəkdə Türkiyə, Rusiya, Suriya və İran liderləri görüşə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Türkiyə, Suriya və İran prezidentləri yaxın gələcəkdə görüşə bilərlər.

Editor.az bildirir ki, bunu Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın Suriya-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsindən danışarkən deyib. O xatırladıb ki, mayın 10-da Moskvada Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin iştirakı ilə dördtərəfli danışıqlar aparılıb və hazırda onların müavinləri səviyyəsində proses davam edir. “Tezliklə, danışıqlar konkret nöqtəyə çatanda və konkret qərarlar qəbul edildikdən sonra irəliyə getmək mümkün olacaq. Liderlər səviyyəsində müzakirə olunacaq məsələlər var.

Deyə bilərəm ki, yaxın vaxtlarda belə bir görüş baş tutacaq”, – İbrahim Kalın deyib. O, Suriya məsələsinin yekunlaşdırılmasının zəruriliyini dilə gətirib və əlavə edib ki, yaxın vaxtlarda suriyalı qaçqınların geri qaytarılması üçün qrafikin tərtib edilməsi planlaşdırılır. Kalın Suriyada münaqişəyə son qoyulmasının vacibliyini də vurğulayıb.

  //Samir Qurbanov,Editor.az