“Yaxın günlərdə Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar keçiriləcək”backend

“Yaxın günlərdə Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar keçiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

“Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziir Nikol Pşainyan arasında baş tutan görüşdən sonra artıq yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.