“Yaxın günlərdə Qarabağda antiterror əməliyyatları keçirilə bilər və…”backend

“Yaxın günlərdə Qarabağda antiterror əməliyyatları keçirilə bilər və…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Ermənistanla sərhəddə delimitasiya ve demakrasiya prosesini həyata keçirməsi istiqamətində addımlar atmağa başladıqdan sonra Ermənistan sərhəddə və Qarabağda təxribatlara əl atmağa başladı. Eyni zamanda, Nikol Paşinyan və onun komandası tərəfindən 10 noyabr bəyanatına görə Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin açılmayacağı ilə bağlı əsassız fikirlərin səsləndirilməsi haqlı olaraq Azərbaycan cəmiyyətində böyük narahatlığa və narazılığa səbəb oldu”.

Bu sözləri Editor.az-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, razılaşmalardan irəli gələn öhdəlikləri yerinə yetirmək istəməyən Ermənistan tərəfini cəzalandırmaq üçün Azərbaycan cəmiyyətində haqlı olaraq müəyyən təkliflər irəli sürülür: ” Ermənistanı cəzalandırmaq üçün müəyyən addımlar atılmalıdır və proseslərin gedişi də ona istiqamətlənib. Beynəlxalq hüquqda “of coercion” (məcburetmə) deyilən yanaşma var .Bu yanaşma Azərbaycana imkan verir ki, cinayətkar əməllərindən əl çəkməyən Ermənistan dövlətini cəzalandıra bilsin. Bu hüquqdan istifadə etməklə Ermənistanı üzərinə götürdüyü 10noyabr və 11yanvar bəyanatlarının öhdəliklərini yerinə yetirməyə, eyni zamanda Qarabağda basdırılmış minaların xəritələrin verilməsinə məcbur edə bilər”.

Anar Əliyev hesab edir ki, Ağdam ərazisində fəaliyyət göstərən Birgə Monitorinq Mərkəzinin fəaliyyət istiqaməti gücləndirilməli və həm monitorinq mərkəzində, həm də bölgədə birbaşa türklərində fəaliyyətinin təmin olunması istiqamətində addımlar atılmalıdır:

“20 iyun növbədənkənar parlament seçkilərindən sonra Ermənistanda kritik vəziyyət yaranacaq və bu vətəndaş müharibəsinə qədər gəlib çıxacaq. Həm Qarabağ ərazisindəki separatçı qüvvələrdən, həm də Ermənistanda mərkəzi hakimiyyətə tabe olmaq istəməyən silahlı dəstələrdən istifadə edərək regionda öz maraqlarını həyata keçirmək istəyən, xüsusilə də Azərbaycana qarşı müəyyən təxribatlar törətməyə çalışan xarici qüvvələrin əlaltı dəstələri Azərbaycan ərazisində təxribatlarını daha da intensivləşdirə bilər”.

Siyasi analitik qeyd edib ki, beynəlxalq hüququn da Azərbaycana tanıdığı bu səbəblərdən istifadə edərək son vaxtlar baş verən hadisələri də əsas götürərək bölgədə qısamüddətli- bir neçə günü əhatə edən hərbi əməliyyatlar həyata keçirə bilər. Bu hərbi əməliyyatlar beynəlxalq hüquqla da bizə tanınan antiterror əməliyatı adlandırıla bilər:

“Hesab edirəm ki, proseslər də bu istiqamətdə davam edir. Yaxın günlərdə Qarabağ ərazisində Azərbaycan silahlı qüvvələri, xüsusi xidmət orqanları tərəfindən Azərbaycan xalqına və dövlətinə təxribat törədən şəxslərə qarşı antiterror əməliyyatlarının həyata keçirilməsinin şahidi olacağıq. Azərbaycan məhz bu addımları atmaqla qarşı tərəfi növbəti dəfə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməyə məcbur edə bilər”.

 

Gülnarə Abasova, Editor.az