Yaxın günlərdə ruslar Ukraynanın bu şəhərini ələ keçirməyə çalışacaqbackend

Yaxın günlərdə ruslar Ukraynanın bu şəhərini ələ keçirməyə çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar işğalçılar Baxmut ərazisində – şəhərin cənubunda və qərbində fəallaşıb.

Editor.az bildirir ki, hərbi müşahidəçi, ehtiyatda olan polkovnik və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş spikeri Vladislav Seleznev bunu rusların Donetsk vilayətində Çasov Yarına hücum edəcəyi ilə əlaqələndirib.

“Bir çox ekspertlər cəbhənin bu hissəsindəki vəziyyəti Çasov Yarın müdafiə əməliyyatının başlanğıcı adlandırırlar. Ona görə də açıq-aydın görünür ki, düşmən Baxmut istiqamətində cəmləşmiş böyük miqdarda resursları başqa bölmələrə köçürmək qərarına gəlməyəcək.

Çünki cəbhənin Slavyansk və Kramatorsk şəhər aqlomerasiyası istiqamətində irəliləmək onun üçün də vacibdir”, – deyə o, “FREEDOM” telekanalında izah edib. Bu baxımdan yaxın gələcəkdə rus ordusunun cəbhənin digər bölmələrinə genişmiqyaslı hərəkətləri olmayacaq. Bundan əlavə, Seleznev kifayət qədər gərgin hərbi əməliyyatlar proqnozlaşdırır.

“Hərbi əməliyyatların intensivliyinə gəlincə, çox güman ki, biz ortamüddətli perspektivdə Rusiya ordusunun kifayət qədər gərgin döyüş əməliyyatlarını müşahidə edəcəyik ki, bu da artilleriyanın və müəyyən dərəcədə aviasiyanın dəstəyi ilə Çasov Yarın istiqamətində irəliləməyə çalışacaq”, ekspert vurğulayıb.

//Samir Qurbanov, Editor.az