Yaxın günlərdə sionist rejimə daha da sarsıdıcı zərbələr görəcəksiniz – SEPAH komandanının müavini Məhəmməd Rza Nəqdibackend

Yaxın günlərdə sionist rejimə daha da sarsıdıcı zərbələr görəcəksiniz – SEPAH komandanının müavini Məhəmməd Rza Nəqdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Məhəmməd Rza Nəqdi İranın İsrailin zərbələrinə cavab verəcəyini açıqlayıb.

Onun sözlərinə görə, hücum yaxın günlərdə baş verəcək.

“Yaxın günlərdə sionist rejimə daha da sarsıdıcı zərbələr görəcəksiniz. Təşəbbüsümüz və ixtiraçılığımızla onları təəccübləndirəcəyik”, – deyə komandir bildirib (əl-Aləm).
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri oktyabrın 26-na keçən gecə İrandakı hərbi obyektlərə hücum edib.

Hədəflər raket zavodları və hava hücumundan müdafiə sistemləri olub. İran tərəfi hücumun dəf edildiyini, lakin “məhdud ziyanla” nəticələndiyini bildirib. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei deyib ki, İsrail İrana hücum edərkən səhv hesab edib.

//Samir Qurbanov, Editor.az