Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım paketi təqdim etmək niyyətindədir.
Lakin o, bu paketə nələrin daxil olacağını dəqiqləşdirməyib: “Bu gün sizə deyəcək heç nəyim yoxdur, amma görəcəksiniz ki, biz Ukraynaya növbəti həftələrdə yeni hərbi yardım paketləri təqdim etməyə davam edəcəyik”, – Kirbi MSNBC-yə müsahibəsində deyib. Rəsmi şəxs dəqiq tarix açıqlamayıb.
Bir gün əvvəl “Politico” ABŞ administrasiyasının Ukraynanın uzaqmənzilli raketlərlə təchizatı məsələsini araşdırdığını yazmışdı. Qəzetin yazdığına görə, söhbət dördüncü nəsil Amerika qırıcılarından – 300 km-dən çox məsafədə havadan buraxılan sursatlardan — JASSM raketlərindən gedir. Pentaqon bundan xəbərsiz olduğunu bildirib. Onu da qeyd edək ki, silah təhcizatı Kursk vilayətində avqustun 6-dan davam edən döyüşlər fonunda müzakirə edilir.
//Samir Qurbanov, Editor.az