“Yaxın müddətdə belə bir müdaxilənin ola bilmə ehtimalı ÇOK YÜKSƏKDİR”- Politoloqbackend

“Yaxın müddətdə belə bir müdaxilənin ola bilmə ehtimalı ÇOK YÜKSƏKDİR”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın iqtisadi gücünün tükənməsi ilə bağlı verilən proqnozlar özünü doğrultmur. Çünki bu proqnozlar yaxın gələcəyə dairdir. Biz  Rusiyaya qarşı sanksiyaların təsirini yalnız ilin sonunda görə bilərik”.

Bu sözləri Editor.az-a beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.

Politoloq bildirib ki, Rusiyanın hal-hazırda müharibə cəbhəsini genişləndirmək ehtimalı, münaqişədə maraqlı olan digər ölkələri də proseslərə cəlb etməklə bağlı addımları gündəmdədir:

” Hesab edirəm ki, Moldova məsələsinin gündəmə gəlməsi Rusiyanı preventiv davranmağa vadar edir. Çünki indiki məqamda Ukraynada məğlub olan və ya məğlub olmuş kimi görünən Rusiya ələ keçirdiyi əraziləri ruslaşdıracaq. Müharibə özünün növbəti mərhələsinə xüsusən də Baydenin imzaladığı lend- liz sənədi ilə qədəm qoyursa, Rusiyanın da bu məntiqlə ABŞ və NATO-nu qabaqlaması da təbiidir. Yaxın müddətdə Moldovaya belə bir müdaxilənin olabilmə ehtimalı çox yüksəkdir. Hətta hesab edirəm ki, Rusiya yaxın aylarda bu prosesi  reallaşdırmağı düşünür”.

//Gülnarə Abasova, Editor.az