Yaxın Şərq ölkələrinin futbol assosiasiyaları İsrailə görə, FİFA-ya müraciət etdibackend

Yaxın Şərq ölkələrinin futbol assosiasiyaları İsrailə görə, FİFA-ya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqin bir qrup futbol assosiasiyası Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edərək, İsrail millisinin beynəlxalq yarışlarda iştirakını dayandırmağa çağırıb.

Editor.az bildirir ki, bu barədə “Sky News” tərəfindən nəzərdən keçirilən assosiasiyaların məktubunda deyilir. Yaxın Şərq qrupuna Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ də daxil olmaqla 12 ölkədən assosiasiyalar daxildir.

Onlar Qəzza zolağında baş verən hərbi münaqişə səbəbindən İsrailin yarışlardan kənarlaşdırılması çağırışlarını əsaslandırıblar. Məktub bütün 211 FİFA ölkəsinə və altı regional konfederasiyaya, o cümlədən UEFA-nın da daxil olduğu İsrailə göndərilib. “Biz FİFA-nı Fələstində törədilən vəhşiliklərə və Qəzza zolağında hərbi cinayətlərə qarşı sərt mövqe tutmağa, oyunçular, məşqçilər və hakimlər də daxil olmaqla günahsız mülki şəxslərin öldürülməsini, futbol infrastrukturunun dağıdılmasını pisləməyə çağırırıq”, – İordaniya Futbol Federasiyasının prezidenti Əli bin Əl-Hüseyn bildirib.

Yaxın Şərq ölkələrindən gələn məktubda bildirilir ki, Qəzza zolağında döyüşlər dayandırılana qədər İsrail komandası bütün yarışlardan kənarlaşdırılmalıdır. İsrail Futbol Assosiasiyası isə FİFA-nı idmanı siyasətə qarışmamağa və onun oyunlarda iştirakını davam etdirməsinə icazə verməyə çağırıb.

//Samir Qurbanov Editor.az