Yaxın Şərqdə bir ilk: Birləşmiş Ərəb Əmirlikləri ABŞ şirkətinə kazino açmaq üçün lisenziya verdibackend

Yaxın Şərqdə bir ilk: Birləşmiş Ərəb Əmirlikləri ABŞ şirkətinə kazino açmaq üçün lisenziya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri ABŞ şirkətinə ölkədə kazino fəaliyyəti üçün lisenziya verib.

Editor.az xəbər verir ki, ABŞ-ın otel və kazino operatoru Wynn Resorts Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kommersiya tənzimləyicisindən ilk qumar lisenziyasını aldığını açıqlayıb.

Nevadada yerləşən şirkət hazırda Ras Al Khaimahdakı Wynn Al Marjan adasında dəbdəbəli kurort tikir. Wynn Resorts avqust ayında verdiyi açıqlamada 1542 otağı olan bu tətil kəndinə 514 milyon dollar sərmayə qoyduğunu və obyektin 2027-ci ildə ilk qonaqlarını qəbul etməyi planlaşdırdığını bildirib. Keçən il BƏƏ kommersiya oyunları üçün hüquqi baza yaratmaq məqsədilə milli lotereya və yeni tənzimləyici orqan yaradib.

Qeyd edək ki, sentyabr ayında ABŞ-ın otel və əyləncə şirkəti MGM Resorts Abu Dabidə inşa etdiyi obyekt üçün qumar lisenziyası üçün müraciət etdiyini açıqlayıb. 2022-ci ildə BƏƏ səlahiyyətliləri turizm sektoruna 27,2 milyard dollar investisiya cəlb etməyi, sektorun ölkə iqtisadiyyatına töhfəsini 122,5 milyard dollara çatdırmağı və 2031-ci ilə qədər 40 milyon otel qonağı qəbul etməyi hədəfləyən milli turizm planını təsdiqləyib.

//Gülnarə Abasova, Editor.az