Yaxın Şərqdə gərginlik pik həddə: İsrail qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətiribbackend

Yaxın Şərqdə gərginlik pik həddə: İsrail qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qoşunlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Livanın “Hizbullah” qruplaşmasının İsrail ərazisinə zərbə endirəcəyi ehtimalı fonunda verilib.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” mənbəyə istinadən yazır. Qəzet qeyd edir ki, İsrail İran və “Hizbullah”ın hücumlar hazırladığının fərqinə varıb, lakin zərbənin həyata keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. İsrail ordusunun sözçüsü Daniel Həqarinin sözlərinə görə, aviasiya Livanla sərhəddə patrulları gücləndirib və əhali üçün hələlik yeni təlimat yoxdur.

Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin komandanı hərbçilərin xaricə səfərlərinin dayandırılması barədə göstəriş vermişdi. Livan mediası “Hizbullah”ın Beyrutun cənubundakı ofislərini boşaltmağa başladığını yazır. Təşkilatın siyasi qərargahı da bağlanır. Mənbələr iddia edir ki, bu, hücum halında İsrailin cavab gözləntilərini göstərə bilər.

//Samir Qurbanov, Editor.az