“Yaxın Şərqdə müharibə arzuolunmaz ssenari üzrə inkişaf edir”-ŞƏRHbackend

“Yaxın Şərqdə müharibə arzuolunmaz ssenari üzrə inkişaf edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdə gedən müharibə çox geniş miqyas alır və arzuolunmaz ssenari üzrə inkişaf edir”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsi ilə bağlı danışarkən politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, İsrail dövlətinin Qəzzada yerüstü hərbi əməliyyatlar həyata keçirməsi qərarının özü də bir sıra dövlətlər tərəfindən qəbul olunmur:

“Bu gün Qəzzada ciddi humanitar böhran yaşanır. İsrail dövləti də öz milli təhlükəsizliyini təmin etmək və terrorçuların bütün məkanlarını məhv etmək istiqamətində qərarlıdır. Bunun özü isə müxtəlif ziddiyətlər və fikir ayrılıqlarına səbəb olur”.

Politoloq bildirib ki,  Fələstin məsələsində yekdil mövqedən çıxış etməsə də, ərəb dünyası arasında da həmrəyliyi və beynəlxalq hüquq əsasında bütün məsələlərin həll olunmasının tərəfdarı olduğunu görülür:

“Hazırki proseslər çərçivəsində ərəb ölkələri liderlərinin toplaşması və Fələstin xalqının azadlığı, müstəqilliyi və BMT qətnamələrinin icrası istiqamətində ortaq mövqeyin göstərilməsi ərəb dünyası arasında da həmrəyliyin genişlənməsinin təzahürüdür. Lakin müəyyən güc mərkəzləri ehtiyyatlı davranır, birbaşa olaraq müharibəyə qoşulmurlar və öz neytral çıxışları ilə Fələstinə dəstək nümayiş etdirirlər. Bunun özü də müharibənin müəyyən qlobal güclərin istəyi ilə çox böyük miqyas alması istəyinin də üstündən xətt çəkir. Bəzi dövlətlər var ki, burada dini toqquşmaları tətbiq etmək niyyətindədirlər və bunun qarşısını mütləq almaq lazımdır.

İstənilən halda bütün məsələlərin dinc yolla həlli mümkündür. Bu müharibə çox tezliklə başa çatsa, hər bir tərəf üçün məqbul hesab oluna bilər. Təəssüflər olsun ki, dövlətlər öz ambisiyalarını reallaşdırmaq üçün davamlı gərginliyin yaradılması işinə müsbət yanaşırlar və beləliklə müharibənin müddəti də uzanır”.

//Səbinə Hüseynli, Editor.az