Yaxın Şərqdə nələr baş verir?- “Bu səbəbdən də vəziyyət daha da gərginləşir”backend

Yaxın Şərqdə nələr baş verir?– “Bu səbəbdən də vəziyyət daha da gərginləşir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Yaxın Şərqdə müharibə daha da genişlənir, qızışır”.

Bu sözləri Editor.az-a İsrail-Fələstin müharibəsinə dünya dövlətlərinin münasibətilə ilə bağlı danışarkən politoloq Elşad Həsənov deyib.

Politoloq bildirib ki, Fələstində ölənlərin sayı 20 mini keçib:

“Onların 8 mindən artığı uşaq, 6200-ü qadındır. Eyni zamanda 6700 nəfər itkin düşən var. İsrail dövləti Yəmənə, Livana hücum edərək orada HƏMAS-ın dayaq nöqtələrini dağıdır. Yəməndə olan husilər dənizdən İsrailə gələn gəmilərə qarşı böyük əməliyyatlar keçirir, onların İsrailə getməsinin qarşısını alırlar. Bununla əlaqədar olaraq ABŞ-ın müdafiə naziri İsraildə olan zaman husilərə qarşı xüsusi “rifah keşikçisi” əməliyyatının başlandığı bildirilib. Buna baxmayaraq, husilərin Yəmənin rəsmi nümayəndəsinin bildirdiyinə görə, İsrailə gələn gəmilərə 12 saatdan bir müdaxilə edilir. Amerikanın Yaxın Şərqdə körfəzdə olan hərbi gəmiləri artıq husilərə qarşı mübarizə aparacaqlarını elan ediblər.

İsrailin Fələstində törətdiyi qırğınları dünya dövlətləri qəbul etmir. Müharibənin gedişatında bir dəfə atəşkəs elan olundu və bu zaman əsirlər və girovlar verildi. Lakin atəşkəsdən sonra müharibə eyni sürətlə davam etməyə başladı, hətta İsrail tərəfi sonuncu HƏMAS nümayəndəsi ölənə kimi müharibəni davam etdirəcəyini bildirdi. Bu səbəbdən də vəziyyət daha da gərginləşir”.

//Səbinə Hüseynli, Editor.az