Yaxın Şərqdə olduqca təhlükəli proseslər gedir: “Bu da Üçüncü Dünya müharibəsi anlamına gəlir”backend

Yaxın Şərqdə olduqca təhlükəli proseslər gedir: “Bu da Üçüncü Dünya müharibəsi anlamına gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdə olduqca təhlükəli proseslər gedir və hadisələrin hansı nöqtədə dayanacağı və ya hara qədər inkişaf edəcəyi barədə fikir söyləmək praktik olaraq mümkün deyil. Buna baxmayaraq fərziyyələr irəli sürmək mümkündür”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, ABŞ Prezidenti Co Baydenin regiona səfəri gözlənilən nəticəni vermədi:

“Ağ ev regiondakı müttəfiqlərini İsraili dəstəkləməyə nail ola bilmir. Xəstəxananın bombalanması və bunun nəticəsində 500 -dən artıq günahsız, həm də xəstə insanların öldürülməsi İsrailin vəziyyətini olduqca ağırlaşdırdı. İndi onun gətirdiyi sübutları heç kim dinləmək istəmir. İsrail iki yol ayrıcındadır: Ya BMT Baş Katibi və dünya ictimaiyyətinin çağırışına qulaq asıb hücumları dayandırmalı, ya da heç kimə qulaq asmayıb əməliyyatı davam etdirərək yer hücumlarına başlamalıdır. Bu iki seçimin heç biri İsrailə uğur gətirməyəcək. Amma hücumu dayandırması ən azından dinc insanların bundan sonra öldürülməsinin qarşısını ala bilər. Hesab edirəm ki, buna görə də Antonio Quterreşin çağırışı yerinə yetiriləcək. Sonrakı hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olmayaraq İsraili hücumu dayandırmağa razı sala biləcəklər. Əks halda Livan və Suriyadan da hücumlar ola bilər. Son nəticədə Yəhudi dövləti və Amerikanın taktiki nüvə silahına əl atmaqdan başqa çarəsi olmayacaq və bu da Üçüncü Dünya müharibəsi anlamına gəlir”.

//Gülnarə Abasova, Editor.az