Yaxın Şərqdə YENİ CƏBHƏ – Gərginlik artırbackend

Yaxın Şərqdə YENİ CƏBHƏ – Gərginlik artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə İsrail ilə İran arasında yeni cəbhənin açıldığı ortaya çıxıb.

Publika.az xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, İsrail 2019-cu ildən bəri müxtəlif su yollarında Suriyaya neft daşıyan azı 12 İran tankerini hədəf alıb. Nəhayət, keçən çərşənbə Aralıq dənizində İran yük gəmisinə hücum edilib.

ABŞ və regional mənbələrə əsaslanan qəzetin xəbərinə görə, 2019-cu ilin son aylarında başlayan hücumların hədəfləri İran gəmiləri və ya İran yüklərini daşıyan gəmilər olub. İsrailin Qırmızı dənizdəki və digər yerlərdəki bəzi hücumlarının İranla əlaqəli silah tədarükünün qarşısını almaq məqsədi daşıdığı da bildirilib.

İran tankerlərini və yüklərini hədəf alan hücumlarda İsrailin mina və ya fərqli silah sistemlərindən istifadə etdiyi qeyd edilib. Hücumlarda hədəf alınan tankerlərin heç birinin bu vaxta qədər batmadığı, ancaq azı iki gəminin İran limanlarına qayıtmalı olduğu vurğulanıb. İranın ABŞ-ın investisiya qərarlarına baxmayaraq, Suriyaya neft ixracatını davam etdirdiyi qeyd olunub.

 

Xəbər yayılandan bir gün sonra Aralıq dənizində üzən İran yük gəmisinin naməlum təcavüzkarlar tərəfindən hədəf alındığı məlum olub. İran mətbuatı hücumun baş verdiyi gəminin gövdəsinin zədələndiyini bildirib. İran Gəmiçilik Şirkətinin sözçüsü Əli Qiyasiyan yerli mətbuata açıqlamasında Avropaya gedən ticarət konteyner gəmisinə partlayıcı maddələrlə terror hücumu təşkil edildiyini söyləyib. İran rəsmiləri bu hadisəni dəniz quldurluğu olaraq ifadə ediblər.

Fevral ayında İsrailə məxsus yük gəmisi Oman körfəzində partlamışdı. Səudiyyə Ərəbistanından İndoneziyaya üzən “MV Helios Ray” yük gəmisindəki partlayışdan sonra İsrail səlahiyyətliləri İranı günahkar kimi təqdim edən açıqlamalar veriblər.