Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Yaxın Şərqdə münaqişənin genişlənməsi Qərbin Rusiya-Ukrayna münaqişəsindəki mövqeyinə mənfi təsir göstərir.
Onun sözlərinə görə, gələcəkdə İsrailə yardım üçün xərclər Ukraynaya yardımın həcmini xeyli ötəcək. “Yaxın Şərqə maliyyə sərmayəsi İsraili qorumaq üçün on qat çox olacaq. Bu da rusların irəliləməsini asanlaşdıracaq. Bilirsiniz, orada ciddi insanlarla danışmaq çətindir, çünki hər şey fanatlar arasında dialoqa çevrilib. Hər şey “biri qalib gəlməlidir, yox, o biri qalib gəlməlidir”dən irəli gəlir. Mən daha bu cəfəngiyyata qulaq asa bilmirəm”, deyə Vuçiç Pink TV kanalına deyib.
Qeyd edək ki, iyul ayında Aleksandr Vuçiç Londonda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Avropada sülhün bərpası üçün dialoqun vacibliyini vurğulayıb. Bundan əvvəl o, dəfələrlə Rusiya-Ukrayna hərbi münaqişəsinin diplomatik yolla həllinin tərəfdarı olub.
//Samir Qurbanov, Editor.az