Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mümkün görüşdən danışıb.
Siyasətçi bəyan edib ki, yaxın vaxtlarda iki dövlətin liderləri arasında danışıqlar baş tuta bilər. Onun sözlərinə görə, onlar sülh müqaviləsinin imzalanmasının vaxtını müzakirə edəcəklər.
Simonyan bildirib ki, hazırda müzakirələr davam edir. O qeyd edib ki, proseslər müqavilənin bağlanma şərtlərinin və yerinin müəyyənləşdirilməsinə yönəlib. “Yaxın vaxtlarda bu müzakirələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində davam edəcəyini istisna etmirəm”, – Alen Simonyan bildirib.
//Samir Qurbanov, Editor.az