Yaxın vaxtlarda Rusiya taxılı Afrika ölkələrinə çatdırıla bilərbackend

Yaxın vaxtlarda Rusiya taxılı Afrika ölkələrinə çatdırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ehtiyacı olan Afrika ölkələri üçün Rusiya taxılının ilk partiyası yaxın gələcəkdə göndərilə bilər.

Editor.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. Agentliyin məlumatına görə, Türkiyə tərəfi bu proseslə tanışdır. Agentliyin mənbəsi əlavə şərh verməkdən imtina edib: “Birinci partiyanın tezliklə həyata keçirilməsini gözləyirik, bu, ehtiyacı olan ölkələrin ərzaq təhlükəsizliyi üçün çox vacib bir addımdır”.

Bundan əvvəl Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Dmitri Patruşev bəyan etmişdi ki, Rusiya yaxın vaxtlarda Afrika ölkələrinə taxıl tədarükünə başlayacaq. Çatdırılma pulsuz həyata keçiriləcək. Söhbət 25 min tondan 50 min tona qədər taxıl tədarükü planlaşdırılan 6 ölkədən gedir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə Rusiya Federasiyasından pulsuz taxıl da daxil olmaqla taxılın tədarükü ilə bağlı araşdırma aparılacağını açıqlayıb.

//Gülnarə Abasova, Editor.az