Yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq?- Millət vəkili AÇIQLADIbackend

Yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq?- Millət vəkili AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maraqlı olduğunu anlamına gəlir”.

Bu fikri Editor. Milli Məclisin deputatı Azər Badamov ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün gündəlikdə razılaşdırılmamış çox məsələ qalmayıb:

“Burada əsas məsələ Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını sənəd üzərində imza ilə təsdiq etməsinə bağlıdır. Çox təəssüf ki, Paşinyan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə etsə də yenə də Qarabağdakı ermənilərin humanitar problemləri adı altında suveren ərazilərimizə müdaxilə etməyə çalışır. Ermənistan birmənalı başa düşməlidir ki, onların təxribata bütün cəhdləri mənasızdır. Azərbaycanın Ermənistanın ərazilərinə heç bir iddiası yoxdur. Həm də Azərbaycan Ermənistandan ərazilərimizə iddialardan əl çəkməsini tələb edir. ABŞ nümayəndəsinin regiona səfəri Paşinyana sülh gündəliyini bir daha başa salmaq məqsədi daşıyır. Sülh müqaviləsinin imzalanması prosesinin isə yaxın aylarda reallaşmaq ehtimalı böyükdür”.

//Gülnarə Abasova, Editor.az