Yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq?- Millət vəkilindən AÇIQLAMAbackend

Yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaq?- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesində “durğunluq yaşanır” fikri ilə o qədər də razılaşmıram. Danışıqlar diplomatik kanallar, işçi qrupları vasitəsilə ləng də olsa davam edir. Burada, əsas maneə Ermənistanın xarici faktorlardan asılılığı, müstəqil siyasət aparmaq iqtidarında olmamasıdır. Eyni zamanda, Qriqoryan kilsəsi, Daşnaksütun partiyası başda olmaqla, radikal-millətçi Qarabağ klanı yeni müharibə çağırışları səsləndirir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfindən Fransadan, Hindistandan alınan hücum silahları sülhə xidmət etmir:

“Rusiyadan gətirilən silahlara gəlincə, bu, əvvəlcədən bağlanmış müqaviləyə əsasən, indi həyata keçirilir. Qlobal mənada Qərb-Rusiya qarşıdurması davam edir. Bir sıra coğrafiyalarla yanaşı, Cənubi Qafqaz regionuna təsir uğrunda güclü rəqabət gedir. Buna görə də Qərb dairələri sülh müqaviləsinin Vaşinqtonda və yaxud Brüsseldə, Rusiya isə Moskvada bağlanmasına çalışırlar. Aydın məsələdir ki, tərəflər hər şeydən əvvəl öz maraqlarını güdürlər. Sülhün əldə olunmasına ən ciddi maneə Fransadır. Ermənistanın belə iddia etmədiyi saxta ittihamlarla aranı qarışdıran bu ölkə ən böyük təhdiddir.

Belə bir şəraitdə sülh müqaviləsinin nə vaxt və harada bağlanacağını demək çətindir. Düşünürəm ki, hansısa çərçivə sazişi imzalana bilər. Ancaq yaxın vaxtlarda, böyük sülh müqaviləsinin bağlanacağı barədə nikbin deyiləm”.

//Gülnarə Abasova, Editor.az