“Yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağı ilə bağlı müsbət xəbərlər eşidirik”- Millət vəkilindən AÇIQLAMAbackend

“Yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağı ilə bağlı müsbət xəbərlər eşidirik”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin başlanması ilə əlaqədar danışıqlar davam edir. Cenevrədə XİN-lərin keçirdiyi son görüşün məqsədi də sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirəsi olmuşdur. Azərbaycan Ermənistana sülh müqaviləsinin bağlanması üçün 5 baza prinsipi təqdim edib. Bu prinsiplərdə dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanınmasını özündə əks etdirir. Danışıqlar da bu 5 baza prinsipi ətrafında getməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bidirib ki, 4 oktyabrda ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə də Azərbaycan və Ermənistan XİN arasında telefon danışığı baş tutmuşdur:

“Ümumiyyətlə, Qərb də sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Son günlər noyabrda sülh müqaviləsinin imzalanacağı ilə bağlı xəbərlər eşidilir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, bu prosesin alternativi yoxdur və bunun üçün Ermənistana beynəlxalq təzyiqlər də artmalıdır. Ermənistan danışıqlara sadiq qalaraq sülh müqaviləsinin imzalanmasını noyabrda reallaşdıracaqmı sualına cavab olaraq deyə bilərik ki,  müharibənin bitdiyi iki ildə hadisələrin dinamikasını nəzərə alsaq  Paşinyanın yenə də danışıqları manipulyasiya edəcək və sülh müqaviləsinin imzalanmasından yayınacağı ehtimalı böyükdür. Amma Paşinyanın bütün cəhdlərinə baxmayaraq Azərbaycan beynəlxalq birliyin gücü ilə Ermənistanı sülh müqaviləsinin imzalanmasına məcbur edəcək. Çünki Azərbaycan sülh müqaviləsini beynəlxalq hüquqa hörmət etməklə BMT Nizamnaməsinin tələblərinə uyğun şəkildə bağlanmasını tələb edir. Ona görə də beynəlxalq birliyin Azərbaycana hər hansı bir iradı yoxdur. Bütün iradlar Ermənistanadır. Hesab edirəm ki, tezliklə sülh müqaviləsinin bağlanmasına nail olmaqla birdəfəlik olaraq Ermənistanın hərbi təxribatlarının davam etdirilməsinə son qoya bilərik”.

//Gülnarə Abasova, Editor.az