“Yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunacaq”- AÇIQLAMAbackend

“Yaxın vaxtlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunacaq”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfi 10 noyabr Birgə Bəyannaməsinin bir çox bəndlərini manipulyasiya edir və manevr imkanlarını genişləndirərək çalışır ki, Zəngəzur dəhlizi məsələsindən boyun qaçırtsın. Ancaq üçtərəfli bəyannamənin 9-cü bəndində də təsvir edilib ki, mütləq şəkildə bu dəhliz açılmalıdır və Ermənistanın bu məsələdən yayınması mümkün görünmür”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Zəngəzur dəhlizi məsələsində Ermənistana dəstək verən yalnız İrandır:

“Artıq Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.  Regionda geosiyasi fərqlər dəyişir. Yeni reallıqlar ortaya çıxır və Zəngəzur dəhlizi də bu reallıqlar fonunda açıqlacaqsa, yalnız region ölkələri deyil, Qərblə Şərqi birləşdirəcək nəqliyyat habı olacaq.Burada Qərbin böyük gücləri də maraqlıdır. Zəngəzur dəhlizi Rusiyadan yan keçməklə Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat habıdır. Ona görə də Ermənistan manipulyasiyaları  fayda verməyəcək. Artıq Azərbaycan da işə başlayıb. Qarabağda  proseslər sona çatdıqdan sonra Zəngəzur dəhlizinin açılması məsələsi birdəfəlik öz  həllini tapacaq. Çünki Ermənistanla sülh, onun iqtisadi blokadadan çıxarılması Azərbaycanla Naxçıvanı birləşdirəcək bu quru yolun Azərbaycana verilməməsindən aslıdır. Ermənistanın indiki yersiz dirənişi sadəcə gərginliyi artırır. Növbəti mərhələdə Ermənistan yenidən məğlubiyyətlə üzləşəcək. Ciddi təzyiqlər olmadan əldə olunan razılaşmaların yerinə yetirilməsi mütləqdir. Bu mürəkkəb prosesdir və Ermənistan ictimaiyyəti də Nikol Paşinyandan çəkinir. Ancaq o xalqı sülhə hazırlamalı, iqtisadi dvidentlərdən bəhs etməli,  bunun regionda yalnız sülh və təhlükəsiz bir ortam yaradacağını qeyd etməlidir. Əksi isə Ermənistanın ziyanınadır. Hesab edirəm ki, yaxın vaxtda Zəngəzur dəhlizinin açılması reallaşacaq”.

//Gülnarə Abasova, Editor.az