“Yaxın zamanda Ukrayna cəbhəsində döyüşlər daha da qızışacaq”- ŞƏRHbackend

“Yaxın zamanda Ukrayna cəbhəsində döyüşlər daha da qızışacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son həftələrdə Ukrayna cəbhəsində yaşanan savaşların şiddətini artıraraq davam etməsi müşahidə olunur. Qərb müttəfiqlərin Ukraynaya təslim etdikləri uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbələr endirməyə qoyduqları sanksiyanı ləğv etmələri müharibəni daha da alovlandırdı. Qərb raketləri ilə Rusiyaya endirilən zərbələrə, Rusiya yeni model “Oreşnik” raketləri ilə cavab verdi. Hətta son günlər qlobal media döyüşən tərəflərin, başda nüvə silahı olmaqla kütləvi qırğın silahlarının istifadə edilə biləcəyi ilə bağlı rus və qərb liderlərinin bəyanatlarını geniş müzakirə etməkdədir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, böhranın dərinləşməsinin əsas səbəblərindən biri yeni seçilmiş ABŞ prezidentinin inaqurasiya mərasimindən sonra ehtimal edilən sülh müzakirələrində döyüşən tərəflərin masaya daha güclü oturmaq istəyi ilə bağlıdır:

“Yəni, tərəflər iki aylıq periodu daha məhsuldar dəyərləndirmək strategiyası izləyirlər. Rus ordusunun Ukraynanın şərqində Donbass bölgəsində mütəmadi irəliləməsini, Ukraynanın isə bütün çətinliklərə baxmayaraq Kursda ruslara dirənməsini bu konteksdə qiymətləndirmək lazımdır. İki gün əvvəl Suriyada müxalif silahlı qrupların anidən rus əsgərlərinin də mövcud olduğu Hələb şəhərinə hücum etmələri ehtimal etməyə əsas verir ki, Rusiya Suriyadakı hərbi kontingentini bir formada Ukrayna cəbhəsinə dislokasiya etməyi düşünür. Beləliklə, bu nəticəyə gəlmək olar ki, yaxın zaman kəsiyində Ukrayna cəbhəsində döyüşlər daha da qızışacaq.Bu savaşda tərəflərin ortaq bir məxrəcə gələcəyi hələ ki, müşkül görünür”.

//Gülnarə Abasova, Editor.az