Yaxında Ermənistan Konstitusiya dəyişikliyinə gedə bilər:”Artıq Nikol Paşinyan başa düşür ki…”backend

Yaxında Ermənistan Konstitusiya dəyişikliyinə gedə bilər:“Artıq Nikol Paşinyan başa düşür ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş naziri Nikol Paşinyan əvvəl qeyd edirdi ki, ölkəsinin Konstitusiyasında Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları yoxdur. Ancaq o, Konstitusiyaya istinad edilən Müstəqillik Bəyannaməsini oxuduqda onun Ermənistanın inkişafına zərbə vurduğunu, dəyişməli olduğunu hətta növbəti Konstitusiya dəyişikliyinə gedərlərsə onun Müstəqillik Bəyannaməsindən kənar olacağını vurğuladı”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, artıq Ermənistan baş naziri həm Konstitusiya, həm də Müstəqillik bəyannaməsində qonşulara qarşı ərazi iddiaları olduğunu vurğulayır:

“Nikol Paşinyan da etiraf edir ki, Konstitusiya qonşularla əlaqələrin üstünə xətt çəkir, Azərbaycana qarşı iddiaları var. Növbəti mərhələdə bu Konstitusiya dəyişikliyinə gediləcək. Bu onu göstərir ki, Nikol Paşinyan da artıq reallığı qəbul edir ki, Azərbaycan haqlıdır və Konstitusiyada dəyişiklik labuddür. Çünki Azərbaycan sülh müqaviləsinin imzalanmasına ən başda Ermənistanda Konstitusiya dəyişikliyinə gedildikdən sonra razı olacaq. İndiki razılaşdırılmış müqavilə sülh müqaviləsi deyil. Çünki ilkin sülh müqaviləsi iki ölkənin qanunvericiliyinə zidd olmamalıdır. Ermənistan Konstitusiyasında isə Azərbaycana qarşı ərazi iddiaları var. Deməli, əgər indiki 17 bəndlik müqavilə qəbul olunarsa, o, yekun sülh ola bilməz. Bu, çərçivə sazişi ola bilər. Hesab edirəm ki, Ermənistan baş naziri real və praktik yola başlayacaq, Konstitusiya dəyişikliyi ilə bağlı əməli addımlar atacaq”.

//Gülnarə Abasova, Editor.az