Yaxınlığında yanğın baş verən doğum evi tarixi binadır? – RƏSMİ CAVABbackend

Yaxınlığında yanğın baş verən doğum evi tarixi binadır? – RƏSMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonunun Qurban Abbasov küçəsi, 93 ünvanında yerləşən 5 nömrəli Kliniki Doğum Evi 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsidir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən bina 1930-cu ildə inşa edilib:

“İkinci Dünya müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən doğum evi kimi fəaliyyət göstərib. Həmin dövrdə binanın görkəminə bir sıra dəyişikliklər, o cümlədən konstruktiv dəyişiklik olunub.

Bir müddət öncə binada qanunsuz aparılan təmir işlərinin qarşısı aidiyyəti dövlət orqanları ilə birgə alınıb, qanunvericiliyin tələbinə uyğun layihə əsasında işlərin həyata keçirilməsi diqqətə çatdırılıb.

Daha sonra Dövlət Xidmətinin nəzarəti altında və arxiv sənədlər əsasında layihə hazırlanıb. Bununla bağlı layihə müəllifləri ilə görüşlər keçirilmiş, abidənin ilkin görkəminə qaytarılması istiqamətində işlər aparılıb.

Layihə aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiq olunub.

Həmin binada yanğının başvermə səbəbi və abidəyə dəyən ziyanla bağlı əlavə məlumat veriləcək”.

“Səbail rayonu Neftçi Qurban küçəsində yanğın baş verməsi ilə bağlı 112 qaynar xəttinə çağırış daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib”.

Oxu.Az xəbər verir ki, bu barədə hadisə yerində olan Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Etibar Nəsirov məlumat verib.

O bildirib ki, təxminən 120 kvadratmetrlik ərazidə yanan taxta və məişət tullantıları briqadalar tərəfindən operativ qaydada söndürülüb:

“Yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb”.

“Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğında heç bir xəsarət qeydə alınmayıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib

Məlumat üçün bildirək ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində, 5 saylı Doğum Evinin binası yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı FHN məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Neftçi Qurban küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə Oxu.Az-a qurumdan məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində 80 kvadratmetr sahədə taxta və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib.

Bildirilib ki, Nefçi Qurban küçəsində məişət və taxta tullantıları yanır.

Hazırda yanğın məhdudlaşdırılıb.