“Yay məktəbi” zamanı müəllimlərə əlavə pul ödəniləcəkmi? – AÇIQLAMAbackend

“Yay məktəbi” zamanı müəllimlərə əlavə pul ödəniləcəkmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Məktəblərdə təşkil olunacaq “Yay məktəbi” üçün müəllimlərə əlavə ödəniş nəzərdə tutulmur”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, müəyyən rəğbətləndirmə tədbirləri ola bilər:

“Yay məktəbi” 10 günlük nəzərdə tutulub və iyul, avqust aylarında keçirilməyəcək. Yay məktəbini açıq havada, böyük ağacın altında keçirmək yaxşı ideyadır”.

“Məktəbdən kənar yerdə dərsin keçirilməsi müəyyən çətinliklər yarada bilər”, – deyə nazirlik rəsmisi qeyd edib.