”Yay məktəblərinin təşkili ilə bağlı qərardan müsbət nəticə gözləmək düzgün deyil’’-Təhsil ekspertibackend

”Yay məktəblərinin təşkili ilə bağlı qərardan müsbət nəticə gözləmək düzgün deyil’’-Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumtəhsil müəssisələrində iki həftəlik yay məktəbləri təşkil edəcək.

Bununla bağlı editor.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Təhsil Nazirliyindən daxil olan məlumata görə, iyun ayı ərzində dərs saatına görə müəllimlər əmək haqqı alacaq və 16-30 iyunda yay məktəbi dərsləri verəcəklərsə, bunu yerinə yetirməli olacaqlar.

Təhsil eksperti qeyd edib ki, burada əsas məsələ iyun ayı ərzində şagirdlərin davamiyyətidir. Pandemiyaya görə bir çox ailələr övladlarını ənənəvi qaydada olan təhsilə yönləndirmirlər və distant təhsilin də hazırki səviyyəsi ürəkaçan deyil:

‘’Davamiyyət olmayacaqsa, hansı qaydada dərslər keçiriləcək? Bu qərar formal xarakter daşıyır. Əgər biz keçirilməyən dərslərlə bağlı nəyisə kompensasiya etmək istəyiriksə, bunu tənzimləmək üçün təklif edirəm ki, yeni tədris ilində dərslər sentyabrın 1-dən başlasın. Çünki iyun ayı boyunca çox kəskin isti olacaq və şagirdlərin davamiyyətində ciddi problem yaranacaq. Yay məktəblərinin təşkili ilə bağlı qərardan müsbət nəticə gözləmək düzgün deyil’’.

Gülnarə Abasova, Editor.az