Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynada atəşkəsin yaya qədər elan olunacağına ümid etdiyini bildirib.
O, əlavə edib ki, müvəqqəti atəşkəsin əleyhinədir, çünki bunun “Rusiyanın gələcəkdə geri qayıtması üçün qapını açıq qoyacağından” qorxur. Keir Starmer həmçinin ABŞ prezidenti Donald Trampın hələ açıq vəd etmədiyi hər hansı sülhə nəzarət etmək üçün Ukraynada yerləşən Britaniya və digər Qərb qüvvələrinə ABŞ-ın təhlükəsizlik zəmanəti verməsi çağırışını təkrarlayıb.
Bundan əvvəl Donald Tramp hələ bu həftə sülh razılaşması əldə etmək üçün yaxşı şansın olduğunu bildirmişdi. Aprelin 23-də Londonda Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqların növbəti raundu keçirilib və burada sülh planı müzakirə olunub.
KİV-in məlumatına görə, ABŞ-ın təklif etdiyi sülh planı Krımın Rusiya kimi tanınmasını, eləcə də hərbi əməliyyatlar zamanı əldə etdiyi ərazilərin Rusiya üçün saxlanılmasını nəzərdə tutur. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, yarımadanı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq, çünki bu, Ukrayna konstitusiyasına ziddir.
//Samir Qurbanov, Editor.az