Yayın ən isti keçəcəyi ölkələr – SİYAHIbackend

Yayın ən isti keçəcəyi ölkələr – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəşəriyyət hava şəraitinin dəyişməsinə hazırlaşmalıdır – soyutma mərkəzləri yaradılmalı və açıq havada işləyən işçilər üçün iş saatları azaldılmalıdır.

Editor.az  lent.az-a istinadən bildirir ki, alimlər qlobal istiləşmənin dağıdıcı ola biləcəyi və bir sıra şəhərlərin mövcudluğunu təhdid edə biləcəyi ölkələrin adlarını açıqlayıblar.

İqlim dəyişikliyi fonunda isti dalğalarının daha tez-tez baş verdiyi qeyd edilir. Onlar bu yay minlərlə insanın ölümünə səbəb ola bilər. Buna görə də, bəşəriyyət dəyişən şərtlərə – soyutma mərkəzləri yaratmaq və açıq havada işləyən işçilər üçün iş saatlarını azaltmağa hazırlaşmalıdır.

Alimlər Əfqanıstan, Papua-Yeni Qvineya və Mərkəzi Amerika ölkələrinin risk altında olduğu barədə xəbərdarlıq ediblər. Əhalinin çoxluğuna görə Çinin paytaxtı Pekin və Mərkəzi Avropa ölkələri də təhlükə altındadır.