Yazıçılar Birliyinin qurultayında qalmaqal yaşanıb – VİDEObackend

Yazıçılar Birliyinin qurultayında qalmaqal yaşanıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında qalmaqal yaşanıb.

Anarın yenidən sədr seçilməsi zalda əyləşən digər iki – Emil Rasimoğlu və Fuad Cəfərlinin etirazına səbəb olub.

Onlar seçkinin demokratik keçirilmədiyini, çıxış üçün onlara söz verilmədiyini qeyd ediblər.

Bundan sonra, namizədləri qurultayın keçirilməsinə mane olduqları üçün zaldan çıxarıblar.

Qeyd edək ki, seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmayıb. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi olub.

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.

//cebhe.info