Ermənistanın sərhəd təxribatına cavab olaraq keçirilən 7 saatlıq əməliyyatda hansı nəticələr əldə olundu? Bu sualın hərbi və siyasi tərəfləri var.
Hərbi nəticələr:
Birincisi, təhdidin aradan qaldırılmasıdır: erməni ordusunun hərbi obyektləri, hava hücumundan müdafiə sistemləri məhv edildi: bu, Ermənistanın Kəlbəcər, Laçın və Zəngilan istiqamətində əsas qüvvələri deməkdir; bu obyektlərin yenidən bərpa edilməsinə illərlə zaman lazım olacaq və hesab etmək olar ki, sərhəddə təhdid böyük ölçüdə aradan qaldırıldı;
İkincisi, itkilərdir: rəsmi məlumatda 49 itkinin olduğu idia olunsa da, bu rəqəmin 200-ə yaxın olduğuna dair məlumatlar var; 49 rəqəmini açıqlayan Paşinyan da bunun ilkin məlumat olduğunu bildirdi, həmçinin, endirilən zərbələrin videogörüntüləri də erməni tərəfinin itkilərinə dair aydın təsəvvür yaradır; eyni zamanda, erməni postları və hərbi infrastruktur, eləcə də dəyəri yüzmilyonlarla olan iki ədəd S-300 raketi məhv edildi;
Üçüncüsü, strateji yüksəkliklərin nəzarətə götürülməsi: rəsmi açıqlama dəqiq yerlər açıqlanmasa da, Ermənistanın nəqliyyat-kommunikasiya sisteminə nəzarət imkanı əldə etdiyimiz qeyd olunur;
– 100 kvadratkilometr ərazi ordumuzun nəzarətinə keçib;
– İrəvan-Gorus yolu ordumuzun bir atış məsafəsi qədər nəzarintədir;
Bunu qeyr-rəsmi, xüsusilə hərbi mənbələrə istinadən yayılan məlumatlara istinadən deyə bilərik. Strateji yüksəkliklərə nəzarət Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır.
Siyasi nəticələr:
Birincisi, masada istədiyini ala bilməyən Ermənistanın hərbi imkanları da sıradan çıxır: həm Brüssel, həm Moskva vasitəsilə aparılan danışıqlar Bakının gündəliyinə uyğundur, İrəvan məhz danışıqlar gündəliyini dəyişmək məqsədilə genişmiqyaslı təxribata əl atırdı; növbəti ağır zərbələr alması İrəvanın alternativ kimi gördüyü hərbi variantın baş tutmaması və masada qoyulan tələblərlə razılaşmağa məcbur olması deməkdir;
İkincisi, Azərbaycan həm Moskvanın, həm Aİ-nin vasitəçiliyi ilə əldə olunan razılaşmaların icrası tələbini daha sərt formada irəli sürəcək;
Üçüncüsü, bu məğlubiyyət Ermənistana və arxalandığı qüvvələrə tutarlı cavab oldu;
İndi Ermənistanın önündə aydın görünən yol var: üçtərəfli razılaşmalara əməl etmək; son əməliyyatın ağır nəticələrindən sonra İrəvan üçün “hərbi romantika” da sona çatdı;
//Asif Nərimanlı

