Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıbbackend

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəmə prosesi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri – Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

Editor.az  APA-ya istinadən xəbər verir ki, B.Səfərovun barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.

Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.

Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.