Ukraynanın birinci xanım Yelena Zelenskaya artıq ruslara həqiqəti sübut etməyə çalışmadığını söyləyib.
Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən məlumat verir. CNN-ə müsahibəsində Zelenskaya, bunun əbəs olduğunu qeyd edərək, Ukraynada baş verənlərlə bağlı həqiqəti, onu qəbul etməyə hazır olan digər ölkələrə çatdırmğın daha faydalı olduğunu söyləyib.
Bundan əlavə, prezidentin xanımı vurğulayıb ki, bundan sonra ondan ruslara müraciət etməyi gözləməyə ehtiyac yoxdur: “Bilmirəm, necə etmək lazımdır ki, ruslar öz hərbçilərinin vəhşiliklərini görsünlər? Mən getdikcə daha çox inanmağa başlayıram ki, onların imanı kordur. Onlar eşitmək və görmək istəmirlər. Ona görə də artıq onlara müraciət etməyəcəyəm”, – Zelenskaya bildirib.
Editor.az

