“Yelo Bank”la bağlı ilginc iddia: “Sadə əməkdaşların bayram hədiyyələri…”backend

“Yelo Bank”la bağlı ilginc iddia: “Sadə əməkdaşların bayram hədiyyələri…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelo Bank” aşağı vəzifəli işçilərin bayram hədiyyələri hesabına rəhbərlikdə yer alan şəxslərə və mediaya bəxşiş göndərir. Bunu adlarının çəkilməsini istəməyən bir neçə bank əməkdaşları sarkazm.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunda bildiriblər. Onların sözlərinə görə, bank öz mənfəəti üçün iqtisadi oyunlara başlayıb.

“Bankda mühafizə, xadimə, sürücü kimi işləyənlərin maaşı 550-700 manat arasıdır. Hazırkı iqtisadi durumu nəzərə alaraq bu maaşla Bakıda yaşamaq çox çətindir. Bundan ziyadə, inzibati işçilərin əksəriyyəti kirayə yaşayır. Əksər işçiləri isə, bank onlara kredit ayırmaqla borclandırıb. Bütün bunlara rəğmən Yelo Bank sözgedən işçilərə bayrampayı ayırmır. Bank rəhbərliyi əsaslandırır ki, siz heç bir qazanc gətirməyən işçilərsiniz.” – deyə bank əməkdaşları bildirir.

Onlar həmçinin bildirir ki, bizə ayrılmayan pay hesabına bank şikayətçilərin səsini boğur.

“Bizlərə qazanc gətirməyən işçi deyərək bayram payı ayırmayan bank rəhbərliyi həmin pulları rəhbərlikdə yer alanlara və mediaya ayırır. Bankın rəhbər heyətinin üzvləri bayramla əlaqədar 5000-10000 manat əlavələr alırlar. Bunu onların bankdakı xidmətlərinə bağlayırlar. Digər bir tərəfdən isə bayramlarda bir çox media qurumlarına bəxşişlər göndərilir. Təbii ki, bu bəxşişlər məqsədli şəkildə göndərilir. Bankla aralarında problem olan və bank tərəfindən haqsızlığa uğramış müştərilər əsl həqiqəti ictimaiyyətə və dövlət qurumlarına çatdırmaq üçün mediaya üz tuturlar. Bu zaman bir çox media qurumları bank tərəfindən göndərilən bəxşişə görə şikayətçinin problemini ictimailəşdirməkdən boyun qaçırırlar.” – deyə bank işçiləri qeyd edirlər.

Qeyd edək ki, “Yelo Bank” Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərova məxsusdur. Həmin bank əvvəllər “Nikoil Bank” adı altında fəaliyyət göstərib. Bu ad altında uğur qazana bilməyən və nüfuzdan düşən bank rebrending edərək “Yelo Bank” adı altında fəaliyyətə başladı.

Qarşı tərəfin söz haqqını tanıyaraq fikirlərini dərc etməyə hazırıq.

//sarkazm.az