“Yelobank”ın qarşısında Azərbaycanın Dövlət bayrağının görüntüləri ciddi etirazla qarşılandıbackend

“Yelobank”ın qarşısında Azərbaycanın Dövlət bayrağının görüntüləri ciddi etirazla qarşılandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yelobank”ın baş ofisinin qarşısında Azərbaycanın Dövlət bayrağının görüntüləri ciddi etirazla qarşılanıb.

Pravda.az xəbər verir ki, bayrağın yerə düşməsi və bank rəhbərliyi tərəfindən vaxtında tədbir görülməməsi hörmətsizlik kimi dəyərləndirilib.

Arzuman Abdulkərimov Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü  seçildi Pravda.az

Siyasi ekspert Arzuman Abdulkərimov deyib ki, “Yelobank”ın rəhbərliyində olanların Azərbaycanın ya qalib Dövlət olmasından, bu bayrağın Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə dalğalanmasından  xəbəri yoxdur, ya da düşünülmüş şəkildə hörmətsizlik edirlər.

“Ümumiyyətlə, bu bankın fəaliyyəti ilə bağlı ciddi söz-söhbətlər dolaşmaqdadır. Hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik orqanları bu məsələni nəzarətə götürəcək və bankla bağlı araşdırmalara başlayacaqlar”, – o qeyd edib.