Yəmən husiləri ABŞ gəmilərini vurmaqda davam edirbackend

Yəmən husiləri ABŞ gəmilərini vurmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-a məxsus ticarət gəmisi Yəmən sahillərində Qırmızı dənizdə raket atəşinə tutulub.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, atəş nəticəsində xəsarət alan olmayıb. ABŞ Ordusu Mərkəzi Komandanlığı “Gibraltar Eagle” konteyner gəmisinin husilərin atəşinə məruz qaldığını bildirib.

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey “Reuters” agentliyinə bildirib ki, ABŞ-a məxsus Marşal adaları bayrağı altında yük daşıyan gəmi atəşə tutulub.

“Hücum anbarda yanğına səbəb olub. Ölən və yaralananlar olmayıb. Gəmi üzməyə davam edir. Gəminin İsraillə əlaqəsi yoxdur. Hücum, çox güman ki, ABŞ-ın Yəməndəki husilərin mövqelərinə endirdiyi zərbələrə cavab olaraq törədilib”, – agentlik bildirib. ABŞ Mərkəzi Komandanlığı da Amerika gəmisinin Husilərin nəzarəti altında olan ərazidən atılan raketlə vurulduğunu təsdiqləyib. “Yanvarın 15-də İranın dəstəklədiyi husilər Yəmənin nəzarətində olan ərazidən gəmi əleyhinə ballistik raket atıb və Marşal adaları bayrağı altında ABŞ-a məxsus və idarə olunan “Gibraltar Eagle” konteyner gəmisinə hücum edib”, – komandanlığın

X. sosial mediada paylaşdığı məlumatda deyilir. Komandanlığın məlumatına görə, gəminin ekipajı itki və ya əhəmiyyətli dağıntı barədə məlumat verməyib. Konteyner gəmisi marşrutla davam edib.

Böyük Britaniyanın Dəniz Ticarət İdarəsi gəmi ekipajlarını hadisənin baş verdiyi ərazidə “ehtiyatla keçməyə” və hər hansı şübhəli fəaliyyət barədə dərhal məlumat verməyə çağırıb.

//Samir Qurbanov, Editor.az