Yəmən husiləri də Amerika ilə ultimatumla danışırbackend

Yəmən husiləri də Amerika ilə ultimatumla danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmən husiləri yalnız amerikalılar onlara hücum etməyi dayandırdıqları təqdirdə ABŞ-la atəşkəsə əməl edəcəklər.
Bunu husilərin yüksək rütbəli lideri Məhəmməd Əli əl-Huti bildirib.

“Yəmənə qarşı təcavüzə cavab istisna olmaqla, heç bir müsəlman ölkəsinə hücum etmək niyyətimiz yoxdur.” – Husilərin sözçüsü deyib. O, məqsədinin Qırmızı dənizin hər hansı bir müsəlman ölkəsinə qarşı hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq olduğunu vurğulayıb. Əl-Hutinin sözlərinə görə, husilər bunu etmək üçün hərbi imkanlara malikdirlər.

Eyni zamanda, husilər eskalasiya halında Qırmızı dənizin cənub ucundakı Bab əl-Məndəb boğazını bağlamağa hazır olacaqlarına işarə ediblər.

Əl-Huti həmçinin bildirib ki, krallıq gərginliyi azaltdığı və Yəmənə qarşı ABŞ-İsrail münaqişəsinə qoşulmadığı müddətcə Səudiyyə Ərəbistanına hücum etmək niyyətində deyillər.

//Samir Qurbanov, Editor.az