Yəmən husiləri İsrail ərazisinə hücumları bərpa etməklə hədələyirbackend

Yəmən husiləri İsrail ərazisinə hücumları bərpa etməklə hədələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Qəzzada hərbi əməliyyatını davam etdirəcəyi təqdirdə, “Ənsar Allah” hərəkatının Yəmən husiləri İsrail ərazisinə hücumları bərpa edə bilər.

Bunu bu gün, fevralın 11-də husilərin lideri Abdel-Malik əl-Husi deyib. Onun sözlərinə görə, qrup “dərhal eskalasiyaya” hazırdır.

Əbdül-Malik əl-Husi bildirib ki, biz tətiyə tutmuşuq və İsrail Qəzza zolağına təcavüzü bərpa edərsə, onunla dərhal eskalasiya etməyə hazırıq.

Yanvarın sonunda Husilər hərəkatı Qəzza zolağında atəşkəs əldə olunduğu üçün İsrail ərazisinə və qeyri-İsrail gəmilərinə hücumların dayandırıldığını bildirmişdi. Qrupun sözçüsü o zaman qeyd etmişdi ki, İsrailin ticarət gəmilərinə hücumlar atəşkəs razılaşmasının “bütün mərhələləri tam yerinə yetirildikdən sonra” dayandırılacaq.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazilərini atəşə tutmağa, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmilərə hücum etməyə başlayıb. İsrail 2024-cü ilin iyul ayında husilərin mövqelərinə intensiv hücumlar edir.

//Samir Qurbanov, Editor.az