Yəmən: İsrail limanlarına gedən gəmilərin qarşısını almağa davam edəcəyikbackend

Yəmən: İsrail limanlarına gedən gəmilərin qarşısını almağa davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari dünən Norveç bayraqlı “Astrinda” gəmisinə edilən hücumla bağlı açıqlama verib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Sari Yəmən Silahlı Qüvvələrinin İsrail limanlarına gedən gəmilərə müdaxilə edəcəyini bildirib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Sari Yəmən Silahlı Qüvvələrinin dəniz qüvvələri, neftlə yüklənmiş və İsrailə gedən Norveçin “Astrinda” gəmisinə qarşı ixtisaslı hərbi əməliyyat keçirildiyini bildirib: “Gəmi uyğun dəniz raketi ilə hədəfə alınıb. Yəmən Silahlı Qüvvələri əvvəlki bəyanatlarda göstərilən şərtləri pozan hər hansı gəmini hədəfə almaqdan çəkinməyəcək. Həmçinin Yəmən Silahlı Qüvvələri İsrail limanlarına gedən bütün millətlərdən olan gəmilərin bloklanacağını təsdiqləyir”.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının dünən verdiyi açıqlamada STRINDA neft tankeri Bab əl-Məndəb boğazından keçərkən Yəmənin Husilərin nəzarətindəki bölgəsindən atıldığı güman edilən Gəmi Əleyhinə Kruiz Raketi (ASCM) ilə hücuma məruz qaldığı bildirilib. Yanğına səbəb olan STRNDA gəmisinə ziyan dəydiyi, tələfat olmadığı qeyd olunub.

//Səbinə Hüseynli, Editor.az