Yəmənin Moha limanı yaxınlığında Britaniya gəmisi yandıbackend

Yəmənin Moha limanı yaxınlığında Britaniya gəmisi yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya gəmisi Yəmənin Moha limanından təxminən 30 kilometr aralıda yanıb.

Editor.az Böyük Britaniya Dəniz Ticarət Təşkilatının məlumatına istinadən xəbər verir ki, hadisə 2023-cü il dekabrın 12-nə keçən gecə baş verib. “Gəminin göyərtəsində yanğın baş verib, beynəlxalq axtarış və xilasetmə xidmətləri məlumatlandırılıb.

Bütün ekipajın təhlükəsiz olduğu bildirilir”, – idarənin X sosial şəbəkəsində (keçmiş Twitter) açıqlamasında deyilir. Qeyd edək ki, noyabrın sonunda Yəmən sahillərində daha bir insident baş vermişdi – yəmənli husilər Ədən körfəzində daha bir gəmini ələ keçirmişdilər.

İsraillə əlaqəsi olan neft tankeri Ədən sahillərindən qaçırılmışdı. Bir neçə gün əvvəl “Ənsar Allah” (Husi) hərəkatı “Qalaktika Lider”i ələ keçirib və Qəzza zolağında hərbi əməliyyatlar bitənə qədər onu buraxmayacağı barədə xəbərdarlıq edib.

//Samir Qurbanov, Editor.az