Yeni dələduzluq növü – smartfonlara toy dəvətnamələri göndərərək… – VİDEObackend

Yeni dələduzluq növü – smartfonlara toy dəvətnamələri göndərərək… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kibercinayətkarlar bu dəfə vətəndaşlara toy dəvətnamələri göndərərək tora salırlar…

Editor.az  Xəzər TV-yə istinadən bildirir ki, belə ki, son dövrlər  vhatsApp vasitəsilə “toy dəvətnamələri”nin göndərilməsi adi hala çevrilib. Bundan istifadə edən hakerlər xüsusi dəvətnamələr ilə dəlduzluq  etməyə başlayıblar.

Vətəndaşlara əvvəlcə sadə bir fayl əlavəsi toy dəvətnaməsi kimi göndərilir.Onu yüklədiyiniz zaman telefonunuza zərərli proqram quraşdırılır və siz hakerlərə uzaqdan giriş icazəsini vermiş olursunuz. Bu o deməkdir ki, artıq faylı açdıqdan sonra bütün məlumatlarınız oğurlanmış olur.

Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov “Xəzər Xəbər”ə müsahibəsində vətəndaşları bu kimi hallardan qorunmaq üçün diqqətli olmağa çağırıb.

Editor.az  xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: